EN

Şəhid və qazi xanımlarına psixoloji dəstək layihəsi başlayır - FOTOLAR » AzadMedia.az



2025-ci il mayın 1-dən etibarən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi” tərəfindən həyata keçirilən “Qazi və Şəhid Xanımlarına Psixoloji Dəstək” layihəsinə start verilir.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi – Vətən Müharibəsi qazilərinin həyat yoldaşları və şəhidlərin xanımlarına psixoloji dayaq olmaq, onların sosial adaptasiyasını gücləndirmək, emosional yükünü azaltmaq və psixoloji sağlamlığını bərpa etməyə yönəlmiş sistemli dəstək mexanizmi yaratmaqdır.
Layihənin müddəti:


• 1 may – 31 may 2025: Hazırlıq mərhələsi (mütəxəssislərin seçimi, iştirakçıların müəyyənləşdirilməsi, proqramların hazırlanması)

1 iyun – 15 iyul 2025: Aktiv fəaliyyət mərhələsi
3 fərqli qrup üzrə qrup terapiyaları keçiriləcək
2 mövzu üzrə təlimlər təşkil olunacaq
15 iyul – 31 iyul 2025: Hesabat və qiymətləndirmə mərhələsi

Faydalana biləcək iştirakçı sayı:


Layihə çərçivəsində ümumilikdə 50 xanım – şəhidlərin xanımları və qazilərin həyat yoldaşları – pulsuz psixoloji dəstək alacaq.
Psixoloji dəstək sessiyaları peşəkar psixoloqlar və terapevtlər tərəfindən aparılacaq, müasir psixoloji yanaşmalara əsaslanacaq və iştirakçıların ehtiyaclarına uyğun şəkildə təşkil ediləcək.


Layihənin ictimai əhəmiyyəti:


Bu təşəbbüs şəhid və qazi ailələrinin qadın üzvlərinin psixoloji rifahının gücləndirilməsinə, sosial həyata aktiv inteqrasiyasına və psixoloji dəstək mexanizmlərinin cəmiyyətə tanıdılmasına xidmət edir.
Chosen
0
2
azadmedia.az

4Sources