EN

100 gündə ölkəyə 8 trilyon dollar səviyyəsində investisiya yatırılıb – Donald Tramp

ABŞ prezidenti Donald Tramp prezidentlik müddətinin ilk 100 günündə ölkəyə 8 trilyon dollar səviyyəsində investisiya yatıra bildiyini bildirib.

Onun sözlərinə görə, bu rəqəm Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyanın bütün 4 il ərzində qoyduğu investisiyadan 8 dəfə çoxdur. “Bu otaqda olan şirkətlər ümumi olaraq 2 trilyon dollar sərmayə elan etdilər və biz ümumilikdə 8 trilyon dollara yaxınıq” – deyən Trump, ABŞ-a sərmayənin növbəti iki ayda 8 trilyon dolları keçəcəyini əlavə edib.

Donald Tramp ABŞ-ın idxalına kütləvi rüsumlar tətbiq etdikdən sonra ABŞ-a sərmayə qoymağa və “əvvəlkilərdən daha zəngin” olmağa çağırıb və əlavə edib ki, xarici mallara tariflərin tətbiqi ilə kursunu dəyişməyəcək.

//Samir Qurbanov, Editor.az

Chosen
0
1
editor.az

2Sources