EN

SOCAR-ın vitse-prezidentinin müavini Qaz üzrə Beynəlxalq İttifaqın icraedici komitəsinə üzv seçilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentininmüavini Vitaliy Bəylərbəyov Qaz üzrə Beynəlxalq İttifaqın (IGU)icraedici komitəsinə 2025-2028-ci illər üzrə üzv seçilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Məlumata əsasən, 25 aprel 2025-ci ildə başa çatan seçkilərdəIGU-nun 60-dan çox nizamnamə üzvü səs verib.

Bildirilib ki, yeni formalaşan altı nəfərlik komitə Pekində19-23 may tarixlərində keçiriləcək 29-cu Dünya Qaz Konfransındansonra fəaliyyətə başlayacaq.

Otuz ildən çox neft-qaz sənayesində çalışan Vitaliy Bəylərbəyov“Azəri-Çıraq-Günəşli” neft yataqları, “Şahdəniz” qaz-kondensatyatağı, Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə kommersiya danışıqlarıvə idarəetməsi proseslərində iştirak edib. O, həmçinin Cənub QazDəhlizi üzrə danışıqlara cəlb edilib və Avropanın qaz təchizatınınşaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıyan Cənubi Qafqaz BoruKəmərinin Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-AdriatikBoru Kəməri (TAP) vasitəsilə genişləndirilməsi üzrə işlərə töhfəverib.

Xatırladaq ki, Azərbaycan qazı bu günə qədər 10-u Avropa ölkəsiolmaqla, ümumilikdə 12 ölkəyə çatdırılır. Bu coğrafi genişlənməAzərbaycanın etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətinibir daha nümayiş etdirir.

Qeyd edək ki, 1931-ci ildə təsis edilən Beynəlxalq Qaz İttifaqıİsveçrənin Vevey şəhərində qeydiyyatdan keçmiş qlobal təşkilatdırvə Katibliyi Böyük Britaniyanın London şəhərində yerləşir.

IGU 80-dən çox ölkədə üzvləri olan, qlobal qaz bazarının 90%-dənçoxunu və qaz dəyər zəncirinin hər bir seqmentini əhatə edəntəşkilatdır. IGU Dünya Qaz Konfransı (WGC2025), Dünya LNG Konfransı(LNG2026) və Beynəlxalq Qaz Tədqiqat Konfransı (IGRC2027) kimibeynəlxalq mötəbər tədbirləri təşkil edir.

Məqalədə:
Chosen
0
7
az.trend.az

8Sources