EN

KİV: Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir » AzadMedia.az


ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin Federal Ehtiyat Sisteminin (FES) xərclərinin yoxlanılmasını zəruri hesab edir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Mask Vaşinqtonda FES-in qərargahının bahalı təmirini hökumətin potensial israfçılığına nümunə göstərib.

"Bunlar hamısı vergi ödəyicilərinin pulları olduğu üçün, düşünürəm ki, biz mütləq Federal Ehtiyat Sisteminin həqiqətən də interyer dizaynerinə 2,5 milyard dollar xərcləyib-xərcləmədiyini araşdırmalıyıq", - “Bloomberg” agentliyi onun sözlərinə istinad edib.
Chosen
0
3
azadmedia.az

4Sources