EN

Prezidentin Mətbuat xidmətinin çəkiliş sektorunun müdiri işdən çıxarıldı

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

Ucnoqta.az Teleqraf-a istinadla xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.

Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.

Chosen
0
22
ucnoqta.az

10Sources