EN

Audiovizual Şura Naxçıvanda televiziya və radio yayımlarının monitorinqini aparıb (FOTO)

Bakı. Trend:

Audiovizual Şuranın üzvü İsa Məmmədovun rəhbərlik etdiyinümayəndə heyəti 28-29 aprel, 2025-ci il tarixlərində televiziya vəradio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə NaxçıvanMuxtar Respublikasına səfər edib.

Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində “Naxçıvan Muxtar RespublikasıTeleviziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli iləgörüş keçirilib, televiziyanın iş şəraiti ilə tanışlıq olub.Nümayəndə heyətinə “Naxçıvan TV” və “Naxçıvan Radiosu”proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texnikinəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumatverilib.

Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya ÖtürücüMərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətininölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqlarınparametrlərinə baxış keçirilib. Muxtar Respublika ərazisində TV vəradio yayım keyfiyyəti öyrənilib, “DAB+” standartlı rəqəmsal radioyayımına keçilməsi imkanları nəzərdən keçirilib.

Eyni zamanda, qonşu ölkələr tərəfindən efirə müdaxiləninvəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Radio-TeleviziyaÖtürücü Mərkəzinə məxsus olan radio-televiziya yayım stansiyaları,onların yerləşmə ərazisi, dəniz səviyyəsindən hündürlüyü, antenaqüllələrinin hündürlüyü barədə məlumatlar əldə edilib.Radio-televiziya yayım stansiyalarında istismar olunan televiziyavə radio vericiləri, onların sayı, tipi və əsas parametrləri(nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayımradiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcininolub-olmaması) haqqında məlumatlar toplanılıb, müvafiq ölçmə işləriaparılıb.

Səfər çərçivəsində həmçinin, Naxçıvan Muxtar Respublikasınınrəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsiniicra edən Rahid Ələkbərli ilə görüş keçirilib.

Görüşdə Muxtar Respublika ərazisində televiziya və radioyayımlarının keyfiyyəti, qonşu ölkələrdən efirə müdaxilə, NaxçıvanRadio-Televiziya Ötürücü Mərkəzinin radio-televiziya yayımstansiyalarının təchizat səviyyəsi müzakirə olunub. Görüş zamanıproqramların paylanması şəbəkəsinin ümumi rabitə şəbəkəsinəinteqrasiyası məsələsi barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin Naxçıvanregional idarəsinin müdiri Vəfa İsgəndərova ilə də görüşüb.

Görüşdə Muxtar Respublikada regional media subyektlərinininkişafı üçün Audiovizual Şura və Medianın İnkişafı Agentliyitərəfindən birgə həyata keçirilən tədbirlərin bundan sonra da davametdirilməsinin vacibliyi qeyd edilib.

Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Chosen
0
6
az.trend.az

9Sources