EN

Gürcüstana qatarla sərnişindaşınmanın bərpa olunacağı haqda xəbər yalan çıxdı: "Doğru deyil, elə bir şey yoxdur"

Gürcüstan mediası və bəzi sosial media istifadəçiləri mayın 26-da Gürcüstanın Müstəqillik və 28 May Azərbaycanın Respublika Günləri münasibətilə iki ölkə arasında qatarla sərnişindaşımanın bərpa olunacağı ilə bağlı xəbərlər tirajlayır.

Mia.az xəbər verir ki, son bir neçə gündə Gürcüstan mətbuatında hətta biletlərin konkret qiymətləri haqda da xəbərlər dərc olunub.

O, xatırladıb ki, nəinki Bakı-Tbilisi, ümumiyyətlə, bütün beynəlxalq sərnişindaşıma 2020-ci ilin mart ayında COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb: "O vaxtdan hər hansı bir istiqamətdə sərnişindaşınma ilə bağlı rəsmi qərar omayıb. İndi də belə bir qərar yoxdur. Sadəcə, Gürcüstan mediası fevraldan qatarların hərəkətinin bərpası haqda yazır. Onlarınməntiqi ilə yanaşsaq, çoxdan sərnişindaşıma olmalı idi..."

"Bəs mayın 26-28 arası bərpa olunacağı haqda xəbər necə, doğru deyilmi", - sualına qurum rəsmisi qısaca "yox" cavabı verib.

F.ƏHMƏD

MİA.AZ

Chosen
0
3
mia.az

5Sources