EN

Ançelotti Peresə məsləhət verdi: Onu "Real"a al

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubun prezidenti Florentino Peresə "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Ançelotti hesab edir ki, Tonali ötən yay karyerasını başa vuran Toni Kroosu layiqli əvəz edə bilər. "Nyukasl"ın futbolçusu üçün 70-80 milyon avro tələb edəcəyi gözlənilir.

Bu mövsüm İtaliya millisinin üzvü bütün yarışlarda 41 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ilə "Barselona" nın maraqlandığı da bildirilir.

Chosen
0
publika.az

1Sources