EN

AÇG üzrə dövlətə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib

2025-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından Azərbaycan dövlətinə ümumilikdə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib. Bu barədə layihənin operatoru olan BP Exploration (Caspian Sea) Limited məlumat yayıb.

Qaz əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə çatdırılıb. Günlük orta təhvil verilən həcmi 11 milyon kubmetr təşkil edib.

Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqin saxlanılması məqsədilə kollektora geri vurulub.

N.Təbrizli

Chosen
0
anews.az

1Sources