Rusiya prezidenti Vladimir Putin son üç ildə tez-tez Kremldə gecələdiyini etiraf edib.
Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, ilk dəfə Kremlin içindəki mənzilini “Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli film üçün verdiyi müsahibədə göstərib.
Filmin fraqmenti jurnalist Pavel Zarubinin teleqram kanalında yerləşdirilib.
Videoda Putin və Zarubin Rusiya liderinin apartamentinə daxil olurlar. Prezidentin arxasında imperator III Aleksandrın portreti də görünür.
Həmidə İbrahimova