EN

Flik: “İnter”lə finalqabağı final oyunu oynamalıyıq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, “blauqrana” hesabda iki dəfə (0:2, 2:3) geri düşdüyü oyunda geri-dönüş edərək, rəqibindən 3:3 hesablı heç-heçəni qopara bilib.

Flik qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Düşünmürəm ki, biz bu oyunu yaxşı başladıq. İki dəfə hesabda geri düşdük, amma tarazlığı yaxaladıq. Bu oyun birinci hissədə enişləri və yoxuşları ilə səciyyəvi idi. İkinci hissə isə həm oyunçular və həm də tamaşaçılar üçün nəfəskəsən bir hissə oldu. İndi bizə Milanda qalib gəlmək gərəkdir. Bu, finalqabağı final oyunu olacaq.

“İnter” özünü əla tərəfdən nümayiş etdirdi. Bu, təcrübəli komandadır. Bu, UEFA Çempionlar Liqasının yarımfinalıdır. Rəqib özünü standart vəziyyətlərin icrası zamanı da yaxşı göstərdi.

Lamin Yamal bu oyunda bizim qol hesabımızı açdı. Onun qolu vacib idi. Bütün komandan əla iş gördü. Mən komandamdan razıyam”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Barselona” mayın 6-da Milanda “İnter”in həlledici sınağına çıxacaq.

Chosen
0
50
arena.az

10Sources