EN

BP-nin bu il AGT regionu üzrə xərcləri 370 mln. dolları ötüb

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 282 müəssisə) xərcləri 370,6 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 13,3% artım deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 159,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (62 şirkət üzrə) 76,8 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 186 kiçik və orta müəssisə üzrə xərcləri 115,2 mln. dollar, 20 dövlət şirkəti üzrə xərcləri isə 18,8 mln. dollar təşkil edib.

Chosen
0
3
apa.az

4Sources