EN

Ədalət Abbasov vəzifəsindən azad edildi

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.

Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.


Chosen
0
27
news24.az

10Sources