EN

Bu il əlilliyi olan daha 400-dək şəxsə reabilitasiya vasitələri verilib

Bakı, 1 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əliliyi olan daha 400-dək şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dördayaqlı dayaq vasitəsi, dirsəkaltı və qoltuqaltı ağac və s. olmaqla ümumilikdə 1000-dən çox reabilitasiya vasitəsi verilib.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli şəxlərə həmin vasitələr ünvanlarına aparılaraq çatdırılır.

Chosen
0
2
azertag.az

3Sources