EN

"Şahdəniz" üzrə xərclər 920 milyon dolları keçib

BAKI, 1 may. TELEQRAF

2024-cü ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatında məlumat verilib.

Məlumata əsaəsn ,rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

2024-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində daha bir uğurlu irəliləyiş oldu. Fevralın 13-də, bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılandan sonra yatağın şərq-şimal cinahından hasilat başlandı. Bununla da Şahdəniz 2 layihəsinə daxil olan beş sualtı işlənmə cinahının əhatə etdiyi bütün sualtı infrastruktur – bütün sualtı boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sistemi uğurla təhvil verilmiş oldu.

Xankəndi sualtı tikinti gəmisi Şahdəniz 2 çərçivəsində göstərdiyi xidmətlərin həcmini genişləndirərək layihənin quraşdırma və istismaravermə işləri ilə yanaşı yatağın işlənməsi ilə bağlı daimi fəaliyyətlərə də dəstək verməyə başladı. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərində aparılan müxtəlif xidmətlər, tədqiqatlar və müdaxilə işləri daxildir.

Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

Rüb ərzində İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirmişdir. Bura şərq-şimal cinahında SDH03 quyusunun tamamlama işləri və qərb cinahında SDD05 quyusunun qazma işlərinin başlanması daxildir.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Chosen
0
9
teleqraf.com

10Sources