EN

BP və SOCAR arasında Xəzər dənizində əməkdaşlıq genişlənir

BAKI, 1 may. TELEQRAF

Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda (SAX01) aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlar BP-nin 2025 -ci il üzrə hesabatında bildirilib.

Verilən məlumata görə bu barədə 20 sentyabr 2024-cü il tarixində bp ilə SOCAR arasında bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalanıb.

Həmin bloklar"Qarabağ" neft yatağı və Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) kəşfiyyat sahəsini əhatə edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübü ərzində bp-nin bu sazişlərə qoşulması ilə bağlı danışıqlar davam edib.

Chosen
0
teleqraf.com

1Sources