Bakı. Trend:
Türkiyənin Tunceli şəhərində Tunceli dövlət xəstəxanasında güclüyanğın baş verib.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, yanğın xəstəxananın zirzəmi mərtəbəsindəoksigen balonlarının doldurulduğu otaqda meydana gəlib.
Yanğın nəticəsində qısa müddətə xəstəxanın içini qatı tüstübürüyüb. Xəstəxanada müalicə alan 40-a yaxın xəstə xərəklərdəxəstəxananın avtomobil dayanacağına təxliyə olunub.
Yanğınsöndürənlər bir müddət sonra yanğının ocağını söndürməyənail olub. İnsidentlə bağlı araşdırma aparılır.