Pentaqon iki Virciniya sinifli dördüncü nəsil çoxməqsədli nüvə sualtı qayıqlarının tikintisi üçün General Dynamics və Huntington Ingalls şirkətləri ilə 18,4 milyard dollar dəyərində müqavilələr bağlayıb.
Hit.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Müqavilələrə iki sualtı qayığın tikintisi ilə yanaşı, gəmiqayırma zavodlarında məhsuldarlığın artırılmasına və nüvə enerjisi ilə işləyən gəmiqayırma proqramına investisiyalar daxildir.
General Dynamics ilə müqavilənin dəyəri 12,4 milyard dollardır və yekun həcmi 17,15 milyard dollara çatdırmaq mümkündür.
Huntington Ingalls ilə müqavilənin dəyəri təxminən 1,3 milyard dollardır.
Pentaqonun bəyanatı, müqavilələrin ümumi müqavilə dəyərini 18,445 milyard dollara çatdıra biləcək variantları ehtiva etdiyini qeyd edib.
Müqavilələr üzrə işlər 2036-cı ilin iyun ayına kimi başa çatdırılmalıdır.
Martın 21-dÉ™ ABÅž prezidenti Donald Tramp “Boeing” ÅŸirkÉ™tinÉ™ “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivÉ™sindÉ™ altıncı nÉ™sil döyüş tÉ™yyarÉ™sinin hazırlanması üçün müqavilÉ™ imzaladığını açıqlayıb.
Samir