Təbiət fənni üzrə Respublika Fənn Olimpiadalarında praktiki turların keçirilməsi yeni bir prosesdir. Gələn ildən etibarən Respublika Fənn Olimpiadalarının Fizika fənni üzrə praktiki turu təşkil ediləcək.
Operativ Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrə praktiki turuna mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O, əlavə edib ki, ötən ildən etibarən kimya fənnindən, bu ildən isə biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turları keçirilir:
"Bu gün ilk dəfə olaraq biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turu keçirildi", - deyə Fuad Qarayev qeyd edib.