Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.
Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.
Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.