İranla Azərbaycan arasında ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq.
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, bunu İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ərdəbil, Nir, Nəmin və Səreyin şəhərlərinin parlamentdəki nümayəndəsi Sadif Bədri deyib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı iki ölkə rəhbərləri ticarət əlaqələrini beş milyard dollara qədər artırmağı razılaşdırıb.
S.Bədri bildirib ki, hazırda İran və Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi bir milyard dollardan azdır:
“İran Prezidentinin Bakıya səfəri zamanı əldə edilmiş razılaşmaya əsasən, bu ilin sonuna qədər iki tərəf arasında ticarət əlaqələrinin səviyyəsinin ən azı bir milyard dollara çatdırılması qərara alınıb".
Deputat vurğulayıb ki, bu səfərin reallaşması sayəsində iki tərəf arasında investisiya platforması yaradılıb:
“İran sərmayədarları Azərbaycanın, Azərbaycan investorları da İslam Respublikasının investisiya imkanlarından istifadə edə bilərlər". (Report)
Bizim.Media