EN

"FHN-in həyata keçirdiyi işlər cəmiyyət tərəfindən müsbət qarşılanır-Deputat

"Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları üçün yubiley medalının təsis edilməsi təqdirəlayiqdir".  "Olaylar"  xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib: "FHN-in yaranması, formalaşması və bu gün həyata keçirdiyi işlər cəmiyyət tərəfindən müsbət qarşılanır. Böyük yanğınlar, daşqın, sel və s. kimi hadisələrdə öz həyatlarını təhlükəyə atırlar. Onların qarşısında duran əsas məsələlərdən biri də minatəmizləmə ilə bağlıdır. Onlar sərhəd bölgələrində işğaldan azad olunmuş ərazilərdə siqnallar olduqda minatəmizləmə ilə məşğul olurlar. Ali Baş Komandanın əmri ilə onlar hətta bir çox ölkələrə də yollanıblar. Bu səbəbdən onlar üçün medalın təsis olunması təqdirəlayiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
1
olaylar.az

2Sources