EN

Azərbaycanın basketbol milliləri Türkiyədə təlim-məşq toplanışına start verib

Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start verib.

"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millilər bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.

Hazırlıq prosesinə mayın 9-da yekun vurulacaq.

Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqust aylarında baş tutacaq Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Chosen
0
1
report.az

2Sources