EN

Medvedev: Tramp kobud səhvə yol verdi

BAKI, 1 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Pekinlə tarif mübarizəsində kobud səhvə yol verdi, çünki Çin iqtisadiyyatı istənilən təzyiqə tab gətirə bilir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Çinin nəhəng resursları və daxili bazarı var və buna görə də onun iqtisadiyyatı istənilən təzyiqə tab gətirəcək”, - Medvedev qeyd edib.

Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, bu məsələdə Tramp kobud səhvə yol verib. Medvedev əlavə edib ki, Avropaya da təsir göstərən Amerika liderinin tarif siyasəti hamıya qarşı yönəlib.

Chosen
0
teleqraf.com

1Sources