EN

Həmin balaca uşaqla 32 il sonra bir araya gəldi - FOTO

Xalq artisti Firəngiz Mütəllimova 32 il əvvəl filmə çəkildiyi balaca qızla foto yayımlayıb. 

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa Fidanın "Mənim ağ şəhərim" filmində onun qızı obrazını canlandırdığını bildirib. 

"Mənim ağ şəhərim"də balaca qızımı oynayan Fidan. İllər necə sürətlə keçib. Maşallah, balama" deyə, F.Mütəllimova bildirib.

Qeyd edək ki, "Mənim ağ şəhərim" filmi 1993-cü ildə təqdim edilib. Ekran işində mərhum Xalq artistləri Siyavuş Aslan, Rafael Dadaşov, Amaliya Pənahova, Yaşar Nuri də çəkilib.

  • Həmin
  • Həmin
  • Həmin
  • Həmin
Chosen
0
1
day.az

2Sources