EN

Qəzzada son 24 saatda ən azı 35 fələstinli öldü


İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 35 fələstinli ölüb, 109 fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, dağılmış binaların dağıntıları altında və anklavın yollarında ölənlərin sayı naməlumdur, təcili yardım qruplarının onlara çıxışı yoxdur.
Nazirlik İsrailin bölgədə döyüşləri bərpa etməsindən sonra 595-i uşaq olmaqla 2308 nəfərin öldürüldüyünü, 5973 nəfərin yaralandığını bildirib.
2023-cü ilin oktyabrında gərginləşən İsrail-Fələstin münaqişəsindən sonra ən azı 52 400 fələstinli ölüb, 118 014 fələstinli yaralanıb.
Chosen
0
24
yeniavaz.com

10Sources