EN

İranda 5 maqnitudalı zəlzələ olub:

İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.

 

“Mehr” agentliyi bildirir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi məlumat verib.

 

Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

 

Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.

 

Rəzəvi Xorasan valiliyi fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri isə yerli mediaya açıqlamasında deyib ki, 19 nəfər xəsarət alıb.

 

Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur. Çünki Roştxar rayonundan əlavə,  daha 4 rayonda xəsarət alanlar barədə məlumatlar var.

Chosen
0
1
senzor.az

10Sources