EN

Pakistan MN-in "X" hesabını blokladılar

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin "X" sosial media hesabı Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra Hindistan hökuməti tərəfindən bloklanıb.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki,  bununla bağlı xarici KİV məlumat yayıb.

Hindistan hökuməti Pakistanın 16 aparıcı media təşkilatının, o cümlədən "Dawn" və "Geo News"un "YouTube" kanallarına girişi də bloklayıb.

Qeyd edək ki, Hindistanda yaşayan onlarla Pakistan vətəndaşı Yeni Dehli hökumətinin tələbi ilə ölkələrinə qayıtmağa davam edir.

Chosen
0
operativmm.az

1Sources