"Atlas Technology" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 33 187.08 manat vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Seymur Məmmədov Sərdar oğludur. DVX tərəfindən Seymur Məmmədov riskli vergi ödəyicilər siyahısına salınıb və onun ölkədən çıxışı məhdudlaşdırılıb.
Sabiq İsbəndərli