Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vaqram Dumanyanı dövlət başçısının müşaviri vəzifəsindən azad edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncam prezidentin rəsmi saytında dərc olunub.
Qeyd olunur ki, Dumanyan 2023-cü ilin fevralında prezidentin müşaviri vəzifəsinə təyin edilib, bundan əvvəl isə təhsil, elm, mədəniyyət və idman naziri postunu tutub.