EN

Pezeşkian Tehrandan Bakıya mesaj verdi - İlham Əliyevlə bağlı görün nə deyib!

İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfərini başa vurduqddan sonra təəssüratlarını bölüşüb.

Paytaxt.org xəbər verir ki, o, X Network-dəki şəxsi səhifəsində bu barədə yazıb.

Pezeşkian səfərdən dolayı Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, həmçinin dövlət başçımıza “Qardaşım” deyə xitab edib. “Dünən Bakıda bizim əziz qardaşımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə anlaşmamız olub və sənədlər imzalanıb.

Bu səfər etimadın artırılması və elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. İlham Əliyevə qonaqpərvərliyinə görə təşəkkür edirəm”.

Chosen
0
paytaxt.org

1Sources