EN

İsrail Azərbaycandan kömək istədi


İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün bu gün 13 ölkədən kömək istəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycanın da adı var.

İsrailin xarici işlər naziri Qideon Saar Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışdığını və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istədiyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində meşə yanğını başlayıb. Meşə yanğınlarının söndürülməsinə çoxlu təyyarə və yanğınsöndürmə briqadası cəlb olunsa da, təbii fəlakətin öhdəsindən gəlmək üçün insan resursu kifayət etmir.

Meşə yanğınları İsraildə keçən ekstrimal isti hava şəraiti ilə əlaqələndirilir.

Chosen
0
6
news24.az

7Sources