EN

Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir

Banqladeş Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasında maraqlıdır.

“Report” Banqladeş Xarici İşlər Nazirliyi (XİN) istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Caşim Uddin Azərbaycanla XİN-lərarası siyasi məsləhətləşmələrin ikinci raundu zamanı bildirib.

Azərbaycan tərəfindən görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.

"Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Siyasi, iqtisadi, mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasından məmnunluqlarını ifadə ediblər. Nazir C.Uddin Azərbaycanın Dəkkədə diplomatik nümayəndəliyinin (hazırda Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Banqladeşdə akkreditə olunub) açılmasının vacibliyini bir daha vurğulayıb", - məlumatda bildirilib.

Xəbər yenilənir

Chosen
1
4
report.az

5Sources