EN

Şirkət 1 milyon manata yaxın mənfəətini bölüşdürməyi nəzərdə tutur

“Neftqazmaş” ASC 2024-cü ili 651 min manat xalis mənfəəət ilə başa vurub. Nəticədə Şirkətin bölüşdürülməmiş mənfəəti 338 min manatdan 989 min manata yüksəlib.

Marja.az “Neftqazmaş” ASC-nin 2024-cü il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir ki, ötən il şirkət 331 min manatlıq kredit borcunu tamamilə bağlayıb. 

31 dekabr 2024-cü il tarixində “Neftqazmaş” ASC 3 milyon 824 min manat cəmi aktivlər əmalik olub.

Yeri düşmüşkən qeyd edək ki. 13 iyun 2025-ci il tarixində “Neftqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncagı Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi-29 nömrəli ünvanda “Neftqazmaş” ASC-nin iclas zalında keçiriləcəkdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

I. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı.

II. Mənfəətin bölüşdürülməsi.

III. Direktorlar şurasının tərkibinin və sədrinin seçilməsi.

IV. İdarə heyətinin tərkibinin və sədrinin seçilməsi.

V. Təftiş komissiyasının tərkibinin seçilməsi.

neftqazmaş
Chosen
1
marja.az

1Sources