Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Qəşəm Aslanov küçəsində qeydə alınıb.
Belə ki, 99-TJ-908 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağa dönərkən kəsişmə yerini keçən piyadalara yol verməyib. Onlar dayanaraq avtomobilin keçib getməsini gözləyiblər.
Sürücü daha sonra üstünlüyə malik olduğu yerdə dayanaraq sola dönən avtomobilə yol verib. Bir sözlə, vacib olan yerdə dayanmayıb, lazım olmayan yerdə isə lüzumsuz yerə dayanaraq hərəkəti ləngidib.
Â
Fərid