"Arsenal" sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, “Emirates Arena”da baş tutan görüşdə yaşanan bir hadisəyə görə London klubu azarkeşləri tərəfindən sosial şəbəkədə lağa qoyulub. Söz-söhbətə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə oyunundan (0:1) əvvəl asılmış qəribə pankart səbəb olub.
Kətan üzərində qırmızı fonda "Arsenal"ın rəmzi olan ağ top başqa elementlər olmadan təsvir edilib. Fanatlar bannerin sadiq azarkeş qrupları ilə məsləhətləşmədən klubun özü tərəfindən hazırlanmasından şikayətləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 7-də baş tutacaq.