EN

Rusiya PUA-ları Dnepr və Xarkova ağır zərbələr endirib

Aprelin 30-na keçən gecə Rusiyaya məxsus pilotsuz təyyarələrin Dneprə kütləvi hücumu nəticəsində azı bir nəfər həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Serhiy Lısak və Dnepr meri Boris Filatov Telegram kanalında məlumat verib.

Rusiya pilotsuz təyyarələrinin şəhərə hücumu nəticəsində beş fərdi eviə ziyan dəyib.

Eyni zamanda Xarkova da gecə hücumlkarı olub. Şəhərin meri İqor Terekov Telegram kanalında bildirib ki, Rusiya pilotsuz təyyarəsinin Xarkova kütləvi hücumu nəticəsində ən azı 39 nəfər yaralanıb.

Xarkov Hərbi Administrasiyanın rəhbəri Oleq Sinegubov bildirib ki, xəsarət alanlar arasında 16 yaşlı oğlan, beş yaşlı qız və 24 yaşlı hamilə qadın var.

İqor Terexovun sözlərinə görə, yerli vaxtla saat 23:26-ya qədər 16 zərbə qeydə alınıb.

"Çoxmərtəbəli binalar və fərdi evlər, tibb müəssisəsi və mülki infrastruktura ziyan dəyib".

Chosen
1
herbiand.az

1Sources