Rövşən Muradov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə arasında görüş baş tutub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidməti bildirib.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva arasında bu gün maraqlı müzakirələr baş tutub”, – Mərkəzin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, aprelin əvvəlində NGBM-in nümayəndələri Keniyada səfərdə olmuşdular.