EN

Məşhur aviaşirkət birinci rübdə 885 milyon avro zərər edib

Almaniyanın aparıcı aviaşirkəti "Lufthansa" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 8,1 milyard avroya çatıb. Lakin buna baxmayaraq, "Lufthansa" 885 milyon avro xalis zərərlə üzləşib. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 151 milyon avro daha yüksək zərər deməkdir.

Valyuta.az xəbər verir ki, şirkət xərclərin artdığını və bunun mənfəətə mənfi təsir etdiyini bildirib. "Lufthansa" həmçinin xəbərdarlıq edib ki, ABŞ tərəfindən tətbiq olunan yeni gömrük rüsumları gələcəkdə biznes fəaliyyətlərinə mənfi təsir göstərə bilər.

"Makroiqtisadi qeyri-müəyyənlik, xüsusən də ABŞ, Avropa İttifaqı və digər regionlar arasında ticarət gərginliyi qarşıdan gələn rüblər üçün dəqiq proqnoz verməyi çətinləşdirir", deyə aviaşirkətin açıqlamasında qeyd edilir. Hesabatın dərcindən sonra onun səhmləri 4,3% ucuzlaşıb.

Bununla yanaşı, "Lufthansa" qeyd edib ki, mart ayında ABŞ-dan Avropaya bilet sifarişlərinin sayı ötən illə müqayisədə 25% artıb. Aviaşirkət həmçinin yaxşı yay tətili mövsümü gözləyirş "Geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, biz artım gözləməkdə davam edirik, yay üçün nikbinliyimizi qoruyub saxlayırıq və 2025-ci il üçün müsbət perspektivimizi qoruyub saxlayırıq", deyə Lufthansa-nın baş direktoru Karsten Spohr bildirib.

Paşa Məmmədli

Chosen
1
28
valyuta.az

10Sources