Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.
Viral.az xəbər verir ki, bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli – quruda, havada, dənizdə, o cümlədən infrastrukturda – ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, – o deyib.
Son Yazılar:
- ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq ETDİ
- ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir
- Britaniya Dünya Bankına qarşı öhdəliklərini azalda bilər
Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.
Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-nin təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.