EN

Danimarka ABŞ məhsullarını boykot edir

Bakı. Trend:

Danimarkalılar ABŞ Prezidenti Donald Trampın Qrenlandiya iləbağlı açıqlamaları və onun gömrük tarifləri siyasətinə etirazolaraq Coca-Cola və digər Amerika məhsullarını boykot edirlər.

Trend xəbər verirki, bu barədə məlumatı "Financial Times" qəzeti yayıb.

Nəşr yazır ki, Danimarkada Coca-Cola içkisinin qablaşdırılmasınacavabdeh olan "Carlsberg" pivə şirkətinin baş direktoru YakobOrup-Andersen jurnalistlərə verdiyi açıqlamada satışların bir qədərazaldığını bildirib. Onun sözlərinə görə, bu ölkədə Amerikabrendlərinə qarşı istehlakçı boykotu müşahidə olunur və bu,"Carlsberg"in bu cür tendensiyanı əhəmiyyətli şəkildə gördüyüyeganə bazardır.

Yakob Orup-Andersen qeyd edib ki, texniki baxımdan Coca-Cola vəPepsi Danimarka məhsulları sayılır, çünki ölkə üçün istehsal yerliolaraq həyata keçirilir. Lakin buna baxmayaraq, o, içkininboykotuna dair ictimai qərara hörmətlə yanaşdığını bildirib.

"Financial Times" həmçinin qeyd edir ki, Coca-Cola-nın boykotufonunda Danimarkada yerli analoq olan Jolly Cola-nın satışları ötənillə müqayisədə 13 dəfə artıb.

Chosen
1
29
az.trend.az

10Sources