Şəmkirin Mahmudlu kəndində 2 yaşlı uşaq həşərat dərmanı içərək ölüb.
Xezerxeber.az-ın məlumatına görə, evdə nəzarətsiz qalan 2023-cü il təvəllüdlü Turqut Tapdıqov həşəratlara qarşı mübarizə üçün nəzərdə tutulan dərmanı içib və halı pisləşib.
Azyaşlı dərhal valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda isə 1 ay 5 günlük körpə çimizdirilərkən boğularaq ölüb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən yenidoğulmuşun həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: