Bakı. Trend:
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD)partiyasından Avropa Parlamenti üzvü Maksimilian Krahın sabiqköməkçisi Cian G. və Çin vətəndaşı Yaqi X. Çin kəşfiyyatı iləəməkdaşlıqda ittiham olunaraq məsuliyyətə cəlb ediliblər.
Trend xəbər verirki, bu barədə “Tagesschau” məlumat yayıb.
Federal Baş Prokurorluğun yaydığı məlumata görə, Cian G. AvropaParlamentində aparılan danışıqlar və qəbul edilən qərarlar barədəməlumatları Çin xüsusi xidmət orqanlarına ötürməkdə, eyni zamandaÇin müxalifətini izləməkdə ittiham olunur. Onun Çin kəşfiyyatı iləəməkdaşlığının 2002-ci ildən bəri davam etdiyi bildirilir.
İstintaq çərçivəsində Cian G-nin 500-dən çox sənədə çıxışıolduğu müəyyən edilib və bu sənədlərin bəzilərinin məxfi xarakterdaşıdığı vurğulanır. O, həmçinin AfD partiyasının rəhbər şəxsləri,o cümlədən M.Krah barədə məlumat toplamaqda ittiham edilir.
Cian G. 2024-cü ilin aprelində Drezdendə saxlanılıb. Onunlaəlaqəli olduğu güman edilən və Leypsiq-Halle hava limanında işləyənYaqi X. isə Almaniyadakı silah daşımaları ilə bağlı məlumatları Çintərəfinə ötürməkdə ittiham olunur.
Maksimilian Krah hadisə ilə bağlı açıqlama verərək casusluqfəaliyyətindən əvvəlcədən xəbərsiz olduğunu və özünü “qurban” hesabetdiyini bildirib.
Hazırda hər iki şəxs istintaq təcridxanasında saxlanılır. Hadisəölkədə təhlükəsizlik strukturlarına xarici təsirlərin qarşısınınalınması üçün nəzarət və yoxlamaların daha da sərtləşdirilməsizərurətini gündəmə gətirib.