Bakı. Trend:
28-30 aprel 2025-ci il tarixlərində Azərbaycan Respublikasıxarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi iləAzərbaycan Respublikasının hökumət missiyası Banqladeş XalqRespublikasında səfərdə olub.
Trend xəbərverir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Azərbaycan Respublikası xarici işlərnazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətininBaş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib.Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadiƏməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci ZirvəToplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirətəqdim edib.
Həmçinin, E. Məmmədovun xarici işlər naziri Touhid Hossain iləikitərəfli görüşü keçirilib.
Görüşlərdə Banqladeş tərəfi Azərbaycan hökumət missiyasınıyüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlərmüzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Banqladeş Xarici İşlər Nazirliyi arasında siyasiməsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirininmüavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlərkatibi Caşim Uddin rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasiəlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, eneri, turizm, kəndtəsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkıvəziyyəti və perspektivləri müzakirə olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbətdəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstəkfəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycandaİxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə BanqladeşRespublikasının müvafiq dövlət qurumları arasında dəyirmi masaətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib.Banqladeşin İnvestisiya İnkişafı İdarəsində baş tutan dəyirmimasada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniştəqdimatla çıxış ediblər.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov BanqladeşinXarici Siyasət Akademiyasının rəhbəri ilə də görüşüb vəAkademiyanın tələbələri qarşısında “Azərbaycanın xarici siyasəti”mövzusunda mühazirə ilə çıxış edib.