EN

Yağışlı hava qəzaya səbəb oldu: Yaralananlar var

Qəza Dənizlidə Mərkəzəfəndi rayonu Yenişafak məhəlləsində baş verib. 

News24.az xəbər verir ki, daxil olan məlumata görə, yağışlı hava səbəbindən sürüşkənləşən yolda sürətlə hərəkət edən, sürücüsünün adı hələlik məlum olmayan “Tofaş” markalı, 06 JMJ 43 dövlət nömrə nişanlı minik avtomobili ilə 34 PE 9644 və 42 UA 157 dövlət nömrə nişanlı avtomobillər kəsişmədə toqquşub. 

Toqquşma nəticəsində iki avtomobil demək olar ki, tullantı vəziyyətinə düşüb. Ətrafdakı vətəndaşların Təcili Zəng Mərkəzinə xəbər verməsi üzərinə bölgəyə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Tibbi qruplar avtomobillərdə olan 7 yaralını təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırarkən, avtomobilin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Əraziyə sövq edilən yanğınsöndürənlər sürücünü sıxışdığı yerdən çıxararaq həkim qruplarına təhvil verib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan yaralı sürücünün vəziyyətinin ağır olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Məryəm İlhamqızı

Chosen
4
news24.az

1Sources