Ajans.az xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb. Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı sərəncama əsasən, miqrantlara hüquqi statuslarını nizama salmaq üçün aprelin 30-dək vaxt verilib. Göstərilən müddətdə statuslarını nizamlamayan miqrantlar mayın 1-dən Rusiya ərazisindən deportasiya edilməli idi.