EN

Miray Daner "Hudutsuz Sevda"dan ayrılır

Miray Daner "Hudutsuz Sevda"dan ayrılırMəşhur "Hudutsuz Sevda" serialının baş rol ifaçısı Miray Danerin bu sezon serialdan ayrılacağı öyrənilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cümə axşamı axşamları "NOW" ekranlarında tamaşaçılarla görüşən "Hudutsuz Sevda" serialı ikinci mövsümü 63-cü bölümlə bitəcək.

Serialın "Halo" kod adı ilə yeni konseptlə yayımını davam etdirəcəyi də bildirilib.

Birsen Altuntaşın verdiyi məlumata görə; Serialda "Zeynep" obrazını canlandıran Miray Daner sezon finalında komanda ilə vidalaşacaq. Heyətləri yenilənəcək serialda "Halil İbrahim" obrazını canlandıran Deniz Can Aktaş isə yeni mövsümdə də davam edəcək.

Chosen
2
sonxeber.az

1Sources