Sənət dünyasının əfsanəvi simalarından olan İbrahim Tatlısəs təkcə musiqi karyerası ilə deyil, həm də qurduğu nəhəng biznes şəbəkəsi və investisiyaları ilə gündəmdədir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul, Bodrum, Kuşadası və Şanlıurfada çoxsaylı mülkləri olan Tatlısəs hotellərdən televiziya kanallarına, lüks nəqliyyat vasitələrinə və dəniz gəmilərinə qədər geniş portfeli ilə diqqət çəkir.
Tatlısəsin İstanbul Seyrantəpədə 1,5 sot ərazidə inşa etdiyi kabab restoranı, televiziya binası, Tatlıses Şirkətlər Qrupunun binası və By Tatlıses geyim emalatxanası və mağazası var. Bundan əlavə, Sarıyerdə lüks bir ərazidə villa, Seyrantəpədə bir binada üç mənzil, Şanlıurfada bir mənzil və Şanlıurfada 3 sot torpaq sahəsi onun mülkləri arasındadır.
Bundan başqa sənətçinin mülkləri arasında İzmir Narlıdere Folkart Evləri, Hadımköy Günışığı Konaklarında bir villa, Bodrum Bitezdə bir villa, Bodrum Bitezdə 26 otaqlı otel və ayrıca 6,5 sot torpaq sahəsi də var.