Bakı. Trend:
Günəş sisteminin yaxınlığında kəşf edilən yeni ulduzlar üçüngələcək “beşik” astronomların böyük marağına səbəb olub. Kifayətqədər böyük molekulyar hidrogen buludu Günəş sistemindən təxminən300 işıq ili məsafəsində yerləşir.
Trend xaricimediaya istinadən xəbər verir ki, beynəlxalq astronomlar qrupu ilkdəfə olaraq Günəş sistemindən qısa bir məsafədə, təxminən 300 işıqili məsafəsində kifayət qədər böyük molekulyar hidrogen buludunukəşf edib. Britaniyanın Ratqers Universitetinin mətbuat xidmətixəbər verir ki, temperaturun maddənin kondensasiyası və rüşeymulduzlarının əmələ gəlməsi üçün kifayət qədər aşağı olduğu bubuludun müşahidələri ayrı-ayrı ulduzların əmələ gəlməsimexanizmlərini aşkar etməyə kömək edəcək.
Alimlər bu kəşfi ultrabənövşəyi səma məlumatlarını təhliledərkən ediblər. Astronomlar Günəş sisteminin və onun qonşuulduzlarının hazırda yerləşdiyi qalaktikamızın Orion qolununiçərisindəki nadir bölgəni belə adlandırırlar. Onun yüksəktemperaturlara qədər qızdığı və Əkizlər bürcündə Geminqa neytronulduzunu yaradan nisbətən yeni fövqəlnova partlayışı ilə demək olarki, tamamilə ionlaşdığı güman edilir.
Bir çox astronomun güman etdiyi kimi, bu bölgədə təkcə hidrogenionlarının qızmar çoxluqları deyil, həm də bu maddəninmolekullarının sıx soyuq buludları, buz hissəcikləri və nəzəriolaraq yeni ulduzlar və planetlər yarada bilən bərk maddə dənələrivar. Belə qaz və toz klasterlərinin axtarışı onların heç birelektromaqnit dalğası yaymaması ilə çətinləşir. Buna görə dəonların tərkibində çoxlu miqdarda dəm qazı molekulları və yamikrodalğalı teleskoplar tərəfindən aydın görünən digər maddələrolmasa, müşahidəçilər üçün görünməz qalırlar.
Alimlər qeyd ediblər ki, belə “görünməz” qaz klasterləri digərmənbələrdən gələn yüksək enerjili işıq hissəcikləri ilə qarşılıqlıəlaqədə olduqda uzaq ultrabənövşəyi spektrdə müəyyən növ dalğalaryaratmalıdır. Alimlər bu ideyanı rəhbər tutaraq, Koreyanın Yerpeyki STSAT-1-in göyərtəsində FIMS/SPEAR alətindən istifadə etməkləəldə olunmuş qaz buludu şəkillərini təhlil ediblər.
Astronomlar tərəfindən aparılan təhlil göstərib ki, kosmosunhəmin hissəsində Yerdən təxminən 300 işıq ili uzaqda yerləşən vəkütləsi Günəşdən təxminən 3,4 min dəfə çox olan kifayət qədər böyüksoyuq hidrogen və toz buludu var. Alimlərin hazırkı hesablamalarınagörə, bu bulud kosmik standartlar əsasında çox qısa müddətdə,təxminən 5-6 milyon il mövcud olacaq və bundan sonra daxili vəxarici proseslər nəticəsində bir anda dağılacaq. Astronomlar beləqənaətə gəliblər ki, onun mövcudluğunun qısalığı və intensiv ulduzəmələgəlmə prosesləri bu buludu sonrakı müşahidələr üçün xüsusiləmaraqlı edir.