EN

Medvedev iki ölkÉ™ni nüvÉ™ silahı ilÉ™ hÉ™dÉ™lÉ™di - "Onlar Rusiya üçün hÉ™dÉ™flÉ™rdir”

Rusiya Federasiyasının sabiq prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun genişlənməsi ilə bağlı sərt açıqlama verib. O, bildirib ki, Alyansa yeni qoşulan ölkələr, xüsusilə İsveç və Finlandiya Moskva üçün potensial nüvə hədəflərinə çevrilib.

 

Sfera.az "Sözcü"yÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, Medvedevin sözlÉ™rinÉ™ görÉ™, QÉ™rbin “güc yolu ilÉ™ sülh” siyasÉ™tinÉ™ qarşı Rusiyanın cavabı yalnız “qorxu yolu ilÉ™ sülh” ola bilÉ™r.

 

O, birbaşa şəkildə qeyd edib ki, münaqişə halında bu ölkələrə qarşı nüvə silahı ilə cavab verilə bilər.


Siyasi müşahidəçilər Medvedevin bu bəyanatlarının İsveç və Finlandiyaya yönəldiyini iddia edirlər. Adıçəkilən ölkələr NATO-nun yeni üzvləridir. Hər iki Skandinaviya dövləti Rusiya-Ukrayna müharibəsindən sonra öz təhlükəsizliklərini təmin etmək məqsədilə NATO-ya üzv olmaq qərarına gəlib.


Medvedevin açıqlamaları beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub və Qərb ölkələrinin rəsmi dairələrində geniş rezonansa səbəb olub.


Bəsti Rəfizadə

Sfera.az

Chosen
3
sfera.az

1Sources